“Yeni ilədək ölkə prezidentinin sayca 50-ci əfv fərmanı verəcəyini gözləyirik”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə ombudsman Elmira Süleymanova deyib.
Ölkə rəhbəri tərəfindən daim bu kimi təqdirəlayiq addımlar atıldığını xatırladan E.Süleymanova ümid etdiyini bildirib ki, prezident növbəti əfv fərmanını imzalayacaq.
E.Süleymanova, həmçinin bildirib ki, mütəmadi olaraq məhkumlarla görüşür və onların ailələrinə baş çəkirlər: “Məhkumların həyatını daim diqqətdə saxlayırıq”.
|