Pakistan prezidenti Asif Əli Zərdari müalicədən sonra daha iki həftə Dubayda qala bilər. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, bu haqda baş nazir Yusuf Rza Gilani məlumat verib.
56 yaşlı Pakistan prezidenti Dubayda ürəyindən müalicə olunur. Bir neçə gün əvvəl müalicənin uğurlu olduğunu, prezidentin bir neçə günə İslamabada qayıdacağı bildirilmişdi.
|