Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın həftəlik proqramı açıqlanıb. Proqrama görə, Ərdoğanı sıx qrafikli bir həftə gözləyir. «KƏLAMİNFO» «CNN Turk»ə istinadən xəbər verir ki, baş nazir sabah İstanbulda Rumıniya prezidenti Trayan Basesku ilə görüşəcək. Daha sonra Ankaraya gəlməsi planlaşdırılan Ərdoğan dekabrın 15-də Ali Hərbi Şuranın toplantısında iştirak edəcək. 2 həftədir yığışmayan Nazirlər Kabineti də cümə günü Ərdoğanın rəhbərliyi ilə toplanacaq.
|