“Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında təşkilatın yeni prezidenti seçiciləcək. İndiki prezident Luis Mariya de-Puçun səlahiyyət müddəti artıq başa çatır. Bu vəzifəyə yeganə namizəd isə AŞ PA-da Türkiyə nümayəndə heyətinin rəhbəri Mövlüd Çavuşoğludur”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.
S.Seyidov qeyd edib ki, əgər M.Çavuşoğlu AŞ PA-nın prezidenti seçilsə, bu tarixi hadisə olacaq. “Çünki ilk dəfədir ki, türk mənşəli şəxs bu qurumun rəhbərliyinə gələcək”.-deyən S.Seyidovun sözlərinə görə, Türkiyə nümayəndəsinin namizədliyinə qarşı çıxan qüvvələr də var.
|