ATƏT-ə 2014-cü ildə kimin rəhbərlik edəcəyi barədə hələ qərar qəbul edilməyib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis ATƏT XİN rəhbərlərinin Vilnüsdə keçirilən iclasının yekun mətbuat konfransında bildirib. “Hesab edirəm ki, müəyyən vaxtdan sonra bu barədə qərar qəbul ediləcək,-deyə o əlavə edib. Xatırladaq ki, 2014-cü ildə təşkilata sədrliyə İsveçrə və Serbiya iddialıq edir.
|