«Yeni Azərbaycan Partiyası nəinki regionda, eyni zamanda beynəlxalq miqyasda böyük nüfuza malik olan siyasi təşkilatdır. Artıq partiyamız dünya dövlətlərinin siyasi partiyalarının birləşdiyi qurumlarda fəal şəkildə təmsil olunur». “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, bütün bunlar Yeni Azərbaycan Partiyasının dünyada artan nüfuzunun göstəricisidir. Bu yaxınlarda Malaziyada keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) tədbirində iştirak etdiyini deyən M.İbrahimqızı YAP-ın bu təşkilatın fəal üzvlərindən olduğunu vurğulayıb.
|