Rusiyanın baş naziri Vladimir Putin özünün seçki qərargahına rəhbərlik etməyi rejissor Stanislav Qovoruxinə təklif edib. Baş nazir bu bəyanatla bu gün Ümumrusiya Xalq Cəbhəsinin koordinasiya şurasının iclasında çıxış edib. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, Putin izah edib ki, onun seçki qərargahı Xalq Cəbhəsinin bazasında fəaliyyət göstərəcək.
|