ABŞ-ın Suriyadakı səfiri Robert Ford Dəməşqə qayıdıb və vəzifələrinin icrasına başlayıb. «KƏLAMİNFO»nun yaydığı məlumata görə, bunu «France Press» agentliyi yayıb. Səfir təxminən ay yarım əvvəl məsləhətləşmələrin keçirilməsi üçün Vaşinqtona çağırılmış və o vaxtdan Suriyaya qayıtmamışdı.
Sentyabrın sonlarında səfirin özü və Amerika diplomatik missiyasının digər əməkdaşları kütlənin hücumuna məruz qalmışdı. Hücum Robert Fordun qiyam qalxan şəhərlərə səfərindən sonra baş vermişdi. Səfir səfəri zamanı ABŞ-ın Bəşər Əsəd rejiminin əleyhdarlarına dəstəyini ifadə etmişdi. Robert Ford Dəməşqi tərk etdikdən sonra Suriya da öz səfirini Vaşinqtondan geri çağırıb.
|