«Dağlıq Qarabağ münaqişəsi zonasında qoşunların təmas xəttində insidentlərin araşdırılması mexanizmlərini işə salmaq gərəkdir». Bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın XİN rəhbəri Audronyus Ajubalis Vilnüsdə işə başlayan ATƏT XİN rəhbərləri Şurasının iclasında bildirib. Həlli gecikən münaqişələr barədə danışan ATƏT sədri 6 illik fasilədən sonra Dnestryanı münaqişə ilə bağlı danışıqların başlanmasını alqışlayıb. O, Gürcüstanda münaqişələrin həllinin vacibliyini bildirərək Cenevrə müzakirələrinin aparılmasının zəruriliyini vurğulayıb. «KƏLAMİNFO» «NEWS.am»a istinadən xəbər verir ki, təşkilatın rəhbəri Dağlıq Qarabağ münaqişəsinə də toxunub: «O ki qaldı Dağlıq Qarabağ münaqişəsinə, qoşunların təmas xəttində insidentlərin araşdırılması mexanizmlərini işə salmaq gərəkdir. Bu, gərginliyi azalda bilər».
|