Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Almaniyanın Bonn şəhərində keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq konfransda iştirak edəcək. XİN-in mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, səfər zamanı Elmar Məmmədyarovun konfrans zamanı keçiriləcək müzakirələrdə iştirakı və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
|