Məhərrəm ayı - Aşura günü ilə əlaqədar Azərbaycanda 13 məsciddə qanvermə aksiyası keçiriləcək. Bu barədə məlumatı “Azadinform”a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova verib. Aksiya Səhiyyə Nazirliyinin briqadaları ilə birgə təşkil olunub.
Aksiyanın keçiriləcəyi yerlər aşağıdakılardır:
Təzəpir məscidi
Hacı Soltanəli məscidi
Bibiheybət məscidi
İçərişəhər "Cümə" məscidi
Qaraçuxur məscidi
Mir Mövsüm Ağa məscidi
Keşlə qəsəbə məscidi
Sumqayıt "Cümə" məscidi
Gəncə - "İmamzadə" məscidi
Mingəçevir - "Heydər" məscidi
Şəki şəhər məscidi
Lənkəran şəhər "Böyük bazar" məscidi
Bərdə - "Cümə" məscidi
QMİ Məhərrəm ayı münasibəti ilə dərin hüznlə başsağlığı verir, onlara Allah -Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn (ə) əzadarlığını İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyə edir. Aşura mərasimlərini məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilmək tövsiyə edilir.
|