Ermənistan prezidenti Serj Sarkisyan «Nairi» tibb mərkəzində iki saat vaxt keçirib. «Azadinform»un məlumatına görə, bu barədə Yerevanda dərc edilən «168 jam» qəzeti məlumat yayıb. Ermənistan prezidentinin mətbuat katibi Armen Arzumanyan bununla bağlı aşağıdakıları bildirib: «Ermənistan prezidentinin səhhəti ilə bağlı hər hansı bir problem mövcud deyil. Onun səfərinin məqsədi isə planlı tibbi müayinədən keçmək olub. Mən artıq demişəm və təkrar edirəm, istənilən şəxs mütəmadi olaraq tibbi müayinədən keçməlidir».
|