Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti bu gündən dekabrın 5-dək İranda səfərdə olacaq. “KƏLAMİNFO” xəbər verir ki, səfər zamanı keçiriləcək görüşlərdə əsasən Azərbaycan və İran arasında informasiya sahəsində əməkdaşlıq, ölkədaxili proseslərin işıqlandırılması, sərhəd boyu televiziya və radio yayımı sahəsində mövcud olan vəziyyət müzakirə ediləcək. Bundan başqa, aparılacaq müzakirələrdə qarşılıqlı ictimai-siyasi əhəmiyyət kəsb edən digər məsələlər də diqqət mərkəzində olacaq.
|