ABŞ Senatı İranın Mərkəzi Bankı ilə əlaqələrin kəsilməsi də daxil olmaqla bu ölkəyə qarşı sanksiyaları təsdiq edib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Obama administrasiyası bu sanksiyaların ABŞ-ın müttəfiqlərlə münasibətlərini korlaya biləcəyini bildirib. Yeni qanun layihəsinə görə, İran Mərkəzi Bankı ilə işgüzar əlaqələr qurmuş əcnəbi bankları ABŞ-da cəzalandıracaqlar.
Qanun layihəsi bundan sonra Nümayəndələr Palatasında müzakirə olunacaq.
|