Ermənistanın Milli Statistika Xidmətinin «Ermənistanın sosial mənzərəsi və yoxsulluq» məruzəsi bu ölkədə əhalinin 35,8 faizindən çoxunun yoxsulluqdan aşağı səviyyədə yaşadığını üzə çıxarıb. Məruzə 2010-cu ildə ailə təsərrüfatlarının yaşayış səviyyəsinin iqtisadi-statistik analizinin nəticələrinə əsasən hazırlanıb. Yoxsulluq səviyyəsindən aşağı yaşayan vətəndaşların 21,3 faizi çox yoxsul, 3 faizi son dərəcə yoxsullar kateqoriyasına aid edilir. Son iki il ərzində yoxsullar siyahısına daha 270 min adam əlavə olunub. Onların təxminən 2500-i son dərəcə yoxsullardır.
Məruzə Dünya Bankı, «Minilliyin çağırışları» fondunun ayırdığı 300 min dollar maliyyə yardımı ilə hazırlanıb. Tədqiqatlar Ermənistanın 46 şəhər və 307 kəndində aparılıb.
|