Nyu-York Azərbaycan Teatrı bu ay fəaliyyətə başlayacaq. Diaspola İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, teatrda ilk tamaşasının premyerası dekabrın 4-də olacaq. Bildirilir ki, ABŞ-da Azərbaycan Nyu-York Assosiasiyasının nəzdində yaradılan Nyu-York Azərbaycan Teatrının ilk olaraq Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli Şah” tamaşasına müraciət edib. Verilən məlumata görə, tamaşa M.F.Axundovun anadan olmasının 200 illik yubileyinə həsr olunub.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatı Əməkdar artist, Qızıl Dərviş mükafatı laureatı, Sumqayıt Dövlət Musiqili Dram Teatrının Baş rejissoru Firudin Məhərrəmovdur. Tamaşada rolları Azərbaycan Nyu-York Assosiasiyasının üzvləri ifa edəcəklər.
Qeyd edək ki, gələcəkdə Azərbaycan dramaturgiyasının digər incilərinin də səhnələşdirilməsini planlaşdıran Nyu-York Azərbaycan Teatrının yaradılmasında məqsəd zəngin Azərbaycan mədəniyyətini ABŞ-da və digər ölkələrdə təbliğ etməkdir.
|