Yanvarın 18-də Azərbaycan İstiqlal Muzeyində fotoqraf Oqtay Məmmədova həsr olunan və 20 Yanvar faciəsi ilə əlaqədar sərgi təşkil olunacaq. Azərbaycan İstiqlal Muzeyindən KƏLAMİNFO-ya verilən məlumata görə, sərgi 20 Yanvar faciəsinin 20 illiyi ilə əlaqədar keçiriləcək və burada fotoqrafın 30-a yaxın əsəri nümayiş olunacaq. Sərgidə həmçinin O.Məmmədovun şəxsi əşyaları da nümayiş olunacaq.
Tədbirdə incəsənət işçiləri, Milli Məclisin deputatları, hökumət nümayəndələri və fotoqrafın yaxınları iştirak edəcəklər.
|