Borc böhranına görə Avropa Birliyinin müqaviləsini dəyişdirmək istəyən Almaniya və Fransaya Avropa Parlamentinin rəhbərlərindən olan Klaus Velle tərəfindən münasibət daxil olub. O bildirib ki, buna 6 ay müzakirə lazımdır. «Avropa Parlamenti 6 aylıq müzakirədə təkid edir» - deyə Klaus Velle bildirib.
Avropa liderləri dekabrın 8-9-undakı sammitdə Almaniyanın və Fransanən müqaviləni dəyişdirmək təklifinə baxmalıdır. Britaniyanın baş naziri Devid Kameron deyib ki, Lissabon müqaviləsinə yenidən baxılsa, onda Britaniya AB-yə verdiyi səlahiyyətlərin bir hissəsini geri almağa çalışacaq.
|