ABŞ-ın vitse-prezidenti Cozef Bayden dekabrın 2-4-də Türkiyə və Yunanıstana səfər edəcək. Bu barədə məlumatı vitse-prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Toni Blinken verib. Bayden İstanbulda qlobal sahibkarlıq sammitində iştirak edəcək. «KƏLAMİNFO» TRT-yə istinadən xəbər verir ki, Blinken Baydenin Türkiyəyə səfəri çərçivəsində ikitərəfli əlaqələri, eləcə də PKK-ya qarşı mübarizədə yardım, kəşfiyyat məlumatlarının mübadiləsi məsələlərini müzakirə edəcək. Vitse-prezidentin köməkçisi bildirib ki, Birləşmiş Ştatlar Türkiyəyə terrorçuluqla mübarizə üçün üç «Kobra» helikopteri verəcək. Bundan başqa, Bayden Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələləri ilə bağlı fikir mübadiləsi aparacaq.
|