ABŞ prezidenti Barak Obama bu gün Avropa Birliyi ölkələri rəhbərləri nümayəndə heyətini qəbul edəcək. Ağ Evdə keçiriləcək danışıqların əsas mövzusu avrozona ölkələrindəki uzunmüddətli böhran məsələsi olacaq.
«KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, bugünkü görüşdə Avropa Birliyinin sədri Herman Van Rompuy, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo və Avropa Birliyi xarici siyasət idarəsinin rəhbəri Ketrin Eşton da iştirak edəcək.
|