Misirdə parlament seçkiləri başlayıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, aşağı palataya seçkilər mürəkkəb sxemlə - 3 mərhələdə keçirilir və yanvarın 10-dək davam edəcək.
Bu gün və sabah keçiriləcək birinci mərhələ çərçivəsində Misirin 9 əyalətində, o cümlədən Qahirə və İsgəndəriyyədə səs veriləcək. Bu doqquz əyalətdə səsvermə hüququna malik 50 milyon Misir vətəndaşından 17,5 milyonu yaşayır. Dekabrın 14-15-də və yanvarın 3-4-də növbəti mərhələlər keçiriləcək.
Növbəti parlamentdə islamçı «Müsəlman qardaşlığı» qruplaşmasının üstünlük əldə edəcəyi gözlənilir.
|