“Uşaqların foster (himayəçi) tipli ailələrdə saxlanılması üçün Mərdəkanda kiçik evlər tikilir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Misir Mərdanov məlumat verib. Nazirin sözlərinə görə, bu ilin sonuna qədər o evlərin tikintisi başa çatacaq. Uşaqların bir qisminin həmin ailələrlə bu tip evlərdə yaşayacağını bildirən təhsil naziri bu vaxta qədər hələlik o evlərdə yaşayacaq 50 nəfərin müəyyənləşdirildiyini vurğulayıb.
|