Gürcüstan Leyborist Partiyasının lideri Şalva Natelaşvili tərəfdarları ilə birgə Vaşinqtonda Ağ evin qarşısında prezident Mixail Saakaşvilinin istefası tələbi ilə aksiya keçirib. «KƏLAMİNFO» «İnerfaks»a istinadən xəbər verir ki, Natelaşvili: «Məhz Birləşmiş Ştatlar hakimiyyət Saakaşvilini bizim canımıza salıb. Bu, şəxs əsl diktatordur. Belə halı isə Vaşinqtonda istəmirlər» - deyə bildirib. Onun sözlərinə görə, ədalətli seçkilər yolu ilə Gürcüstanda seçiləcək xalq hökuməti ABŞ-la dostuq və əməkdaşlıq edəcək.
|