Bu gün uzunmüddətli fasilədən sonra Gürcüstan və Rusiya arasında ilk çarter aviasreysi həyata keçirilib. KƏLAMİNFO xəbər verir ki, 80 sərnişinin uçduğu Tiflis-Moskva çarter reysi Gürcüstanın “Airzena-Georgian Airways” şirkəti tərəfindən “Boeing-737” təyyarəsi ilə həyata keçirilib.
“Airzena-Georgian Airways” şirkətinin prezidenti Tamazi Qaiaşvili bildirib ki, çarter reysi Rusiya tərəfi ilə 1,5 il müddətində aparılmış danışıqlardan sonra baş tutub. Növbəti reyslər bu ayın 9-da və 10-da, həmçinin 16-sı və 24-də yerinə yetiriləcək. Həmin reyslər üçün artıq aviabiletlər də satılıb.
Qeyd edək ki, Tiflis-Moskva aviareysinə biletin qiyməti bir tərəfə 490 lari (170 avro) təşkil edir.
Xatırladaq ki, Gürcüstan və Rusiya arasında aivaəlaqə 2006-cı ilin oktyabr ayında dayandırılıb. Reyslər 2008-ci ildə qısa müddətə bərpa olunsa da, həmin ilin avqust ayında Gürcüstanla Rusiya arasında baş vermiş müharibə ilə əlaqədar yenidən dayandırılıb.
|