Ərəb Dövlətləri Liqası Suriyaya xəbərdarlıq edib. Şura bəyan edib ki, əgər 24 saat ərzində müşahidəçilər qrupunun ölkəyə baş çəkməsinə razılıq verməsə, ona qarşı iqtisadi sanksiyalar tətbiq ediləcək. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, belə bir qərar liqanın Qahirədə keçirilən iclasında qəbul edilib. Söhbət əsasən Suriya ilə hava əlaqəsinin kəsilməsi, Dəməşqlə maliyyə razılaşmalarının dayandırılması və Suriyanın xaricdəki bank hesablarının dondurulmasından gedir.
|