Bəhreyndə etirazçılara qarşı davranışına görə təhlükəsizlik xidmətlərinin 20 əməkdaşı cəzalandırılıb.
“KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Bəhreyn hökuməti bildirib ki, aparılan araşdırma nəticəsində fevral-mart aylarında bəzi şəxslər tərəfindən etirazçılara qarşı güc tətbiq edildiyi, saxlananlara işgəncə verdiyi aşkarlanıb.
Qeyd edək ki, Bəhreyndə fevral-mart aylarında şiələrin etirazları zamanı toqquşmalar baş vermiş 24 nəfər həlak olub, yüzlərlə adam yaralanmışdı.
|