Sumqayıt şəhərində “20 Yanvar” faciəsinin 20-ci ildönümü ilə bağlı bir sıra tədbirlər həyata keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Sumqayıt şəhər İcra Hakimiyyətindən veriblər.
Belə ki, 18-20 yanvar 2010-cu il tarixlərində şəhərin Tarix Muzeyində faciə ilə bağlı sərgi, şəhər kitabxanalarında Dəyirmi masalar, oxucu konfransları, tematik guşələr, şəhərin ümumtəhsil, orta ixtisas və ali təhsil ocaqlarında müvafiq tədbirlər təşkil ediləcək. Ümumilikdə isə 20 yanvar tarixində şəhər rəhbərliyi tərəfindən şəhərdə yerləşən “20 Yanvar” abidəsi və “Şəhidlər Xiyabanı”nı, daha sonra Ceyranbatan ərazisində, Bakı-Quba yolunda yerləşən faciədə şəhid olan Sumqayıt alimlərinin xatirə abidəsi ziyarət ediləcək.
|