Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə noyabrın 20-də Moskva şəhərinə səfərə yola düşəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya QMİ-nin mətbuat xidmətindən bildirilib.
Səfərdə məqsəd Moskva və bütün rusların patriarxı Kirilin anadan olmasının 65-ci ildönümü ilə əlaqədar yubiley tədbirlərində iştirak etməkdir. Noyabrın 22-dək davam edəcək səfər zamanı MDB Dinlərarası Şurasının həmsədri Şeyxülislam Allahşükür Paşazadənin şuranın digər həmsədri - patriarx Kirillə əlahiddə görüşü nəzərdə tutulur.
QMİ sədrinin, həmçinin yubiley tədbirlərində iştirak edən Ümumgürcüstan Patriarx-Katolikosu II İlya ilə görüşü də planlaşdırılır.
|