Fövqəladə Hallar Nazirliyi Salyan və İmişli rayonlarında bəzi ərazilərin yağış suları ilə dolması barədə məlumat yayıb. “KƏLAMİNFO” FHN-ə istinadən xəbər verir ki, son günlər respublika ərazisində hava şəraitinin dəyişməsi və yağışların yağması səbəbindən Salyan və İmişli rayonlarında bəzi ərazilərin yağış suları ilə dolması müşahidə olunub. FHN-nin hadisə rayonlarına cəlb olunan xilasediciləri və texnikasının köməkliyi ilə həmin ərazilərin yağış sularından təmizlənməsi işi davam etdirilir.
|