Azərbaycanlı tələbələr Beynəlxalq Tələbə Tamaşaları Festivalının Qran-Pri mükafatını qazanıblar. “KƏLAMİNFO” xəbər verir ki, Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs estrada rejissorları fakültəsinin tələbələri Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyinə həsr edilmiş beynəlxalq festivalın baş mükafatı olan Qran-Pri-ni qazanıblar. Kiçik həyat əhvalatlarından ibarət olub və bütün əhvalatlar etüd vasitəsilə nümayiş etdirilən “Adi əhvalatlar” adlı tamaşa ilə çıxış edən azərbaycanlı tələbələrdən 3-ü festival çərçivəsində həmçinin münsiflər heyətinin yekdil qərarı ilə aktyorluq və rejissorluq işinə görə xüsusi sertifikatlarla mükafatlandırılıblar.
|