Bolqarıstan prezidenti Georgi Pırvanov bu gün Azərbaycana rəsmi səfərə gəlib. “KƏLAMİNFO” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Hava limanının ali qonaqlar üçün salonunda prezident Georgi Pırvanov və baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.
|