Türkiyənin Ərdahan şəhərində Moskva və Qars müqavilələrinin imzalanmasının 90 illiyi münasibəti ilə noyabrın 17-20-si tarixlərində Türkiyə, Rusiya və digər ölkələrdən olan alimlərin iştirakı ilə beynəlxalq simpozium keçiriləcək.
“KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Azərbaycandan millət vəkili, tarixçi alim Musa Qasımlı da iştirak edəcək.
Simpoziumda M.Qasımlı “Moskva və Qars müqavilələrinə Stalin, Çiçerin və Bekzadyanın münasibəti” mövzusunda məruzə edəcək. Azərbaycanlı alim iclaslardan birinə sədrlik edəcək.
|