İsrailin milli infrastruktur naziri Uzi Landau Azərbaycanda səfərdədir. “KƏLAMİNFO” xəbər verir ki, səfər çərçivəsində U.Landau Bakıdakı “Xabad Or-Avner” təhsil mərkəzində olub. Nazir mərkəzin müəllim-şagird heyəti ilə görüşüb, təhsil ocağında yaradılmış şərait ilə tanış olub.
İsrailli nazir Azərbaycan rəsmiləri ilə də görüşəcək. Görüşlərdə ölkələrimiz üçün qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək.
|