Liviyanın paytaxtı Tripolidə maaşlarını tələb edən onlarla etirazçı Maliyyə Nazirliyinin qarşısında aksiya keçirib. «KƏLAMİNFO» «Reuters» agentliyinə istinadən xəbər verir ki, yeni seçilmiş baş nazir Əbdürrəhim Əl-Keyib qərbli tərəfdaşlarından Müəmmar Qəddafinin dondurulmuş hesablarını açmağa çağırıb.
Qərb ölkələri indiyə qədər Liviyaya bu hesablardan bir neçə milyard dollar veriblər. Dondurulmuş hesablarda hələ 150 milyard dollar qalır.
|