NATO-nun baş katibi Anders Foq Rasmussen Tbilisinin «Radisson» mehmanxanasında keçirdiyi brifinqdə bildirib ki, 2012-ci ildə parlament, 2013-cü ildə prezident seçkiləri Gürcüstanda demokratiya üçün imtahan olacaq. «KƏLAMİNFO» «Qruziya onlayn»a istinadən xəbər verir ki, Rasmussen qeyd edib ki, Gürcüstan NATO standartları və islahatları istiqamətində inkişaf edir. Baş katib Gürcüstanın NATO-ya daxil olması müddətini hələ dəqiq bilmədiyini deyib: «Hər şey islahatların demokratik inkişaf yolunda irəliləyişindən asılıdır».
|