Bu gün müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Piter Beytmeni qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, S. Əbiyev yeni təyinatı ilə bağlı səfiri təbrik edərək ona uğurlar arzulayıb.
Görüşdə iki ölkə arasında hərbi əlaqələrin mövcud durumu, regionda hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.
|