Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Hillari Klinton Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova Qurban bayramı münasibətilə təbrik məktubu göndərib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər.
Dövlət katibi təbrik məktubunda Qurban bayramının dünyanın müxtəlif ölkələrinin müsəlmanlarını bir araya gətirdiyini vurğulayaraq, bunun çox mühüm dəyər olduğunu və ABŞ-ın bu dəyəri paylaşdığını diqqətə çatdırıb.
Dövlət katibi fürsətdən istifadə edərək Azərbaycan xalqını və hökumətini bu müqəddəs bayram münasibətilə təbrik edib.
|