Tezliklə Argentinanın Azərbaycanda səfirliyi açılacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranao bildirib.
O qeyd edib ki, Argentina Azərbaycanla əməkdaşlığa yeni başlayıb və bunun gücləndirilməsində maraqlıdır. O, Argentinada erməni lobbisinin güclənməsinin Azərbaycanla münasibətlərə təsir edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib ki, ölkəsində ermənilərin say çoxluğuna baxmayaraq bunun Bakı ilə münasibətlərə heç bir təsiri olmayacaq. “Əksinə getdikcə Azərbaycan- Argentina münasibətləri güclənərək yeni mərəhələyə qədəm qoyur. Biz Bakı ilə əməkdaşlığın gücləndirilməsində çox maraqlıyıq”-deyə, o, əlavə edib.
|