Səudiyyə Ərəbistanının kralı Abdulla İran prezidenti Mahmud Əhmədinejadı Məkkəyə həcc ziyarətinə dəvət edib. «KƏLAMİNFO»nun «The Daily Star»a istinadən verdiyi məlumata görə, İran prezidenti dəvəti qəbul edib və gələn həftənin əvvəlində Səudiyyə Ərəbistanına yollanacaq. İran prezidentinin KİV üzrə müşaviri Əli Əkbər Cavanfekr bildirib ki, əvvəllər belə bir şey baş verməyib. Onun sözlərinə görə, bü səfər iki ölkə arasında münasibətlərdə mühüm xətt olacaq.
|