İran parlamenti prezident Mahmud Əhmədinejadı iqtisadiyyat naziri ilə bağlı yaranmış qalmaqalla, eləcə də daxili və xarici siyasəti ilə bağlı sorğu-suala çəkmək niyyətindədir. «KƏLAMİNFO» «Assoşieyted Press»ə istinadən xəbər verir ki, indiyə qədər İran parlamentinin 290 üzvündən 73-ü müvafiq müraciətə imza atıblar. Onlar prezidentin dindirilməsini tələb edirlər. Müraciət İran parlamentinin sədr müavini Məhəmmədrza Bahonara verilib.
Qeyd edək ki, iqtisadiyyat nazirinin adı 2,6 mlrd. dollarlıq bank sahəsindəki fırıldaqda çəkilir.
|