Hollivudun və dünya kino sənətinin cazibədar ulduzlarından olan Monika Belluçi yenə adından böyük heyranlıqla bəhs etdirib. “KƏLAMİNFO” “Fashion”a istinadən xəbər verir ki, Dolce&Gabbananın reklam video-roliki üçün özündən iyirmi yaş kiçik gənc maniken Biyanka Balti ilə kamera qarşısına keçən 1964-cü il təvəllüdlü ulduz görənləri heyrətə gətirib. Hündürdabanlarda və firmanın yeni kolleksiyasındakı təsirli kəsimlər və modellərlə Baltini kölgədə qoyan Belluçi illərə necə meydan oxunduğunu əyani şəkildə göstərib.
|