Yaponiyanın baş naziri Esixiko Noda və onun kabinet üzvləri özlərinin əmək haqlarını gələn aydan ixtisar etmək qərarına gəliblər. «KƏLAMİNFO» «Qazeta.ru»ya istinadən xəbər verir ki, qərar hökumətin iclaslarından birində qəbul edilib. Noda öz əmək haqqını 30 faiz, kabinet üzvləri isə 20 faiz azaltmaq qərarına gəliblər.
|