Bu gün Milli Məclisin deputatları Əhməd Vəliyev və Musa Quliyev “Davamlı inkişaf: ənənələr və müasir təcrübə” mövzusunda keçiriləcək beynəlxalq seminarda iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya səfər edəcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Tədbirdə insan hüquq və azadlıqlarının təmin olunması, adət və ənənələrin qorunması, xalqlar arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı anlaşma və etimadın artırılması məsələləri müzakirə olunacaq. Millət vəkilləri mövzu ilə bağlı fikirlərini açıqlayacaq, ölkəmizdə bu sahədə mövcud durum, görülmüş işlər barədə məlumat verəcəklər. Səfər oktyabrın 29-da başa çatacaq.
|