Sabah Milli Məclisin deputatları Rüfət Quliyev və Rafiq Məmmədhəsənov Qırğızıstanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Bişkek şəhərinə gedəcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”a parlamentdən veriblər. Millət vəkilləri oktyabrın 30-da keçiriləcək seçkiləri MDB Parlamentlərarası Assambleyası və İcraiyyə Komitəsinin müşahidəçilər missiyasının tərkibində izləyəcəklər. Deputatlarımız bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişatı ilə maraqlanacaqlar. Səfər noyabrın 1-də başa çatacaq.
|