Liviyanın öldürülmüş lideri Müəmmar Qəddafinin meyiti naməlum bir yerdə torpağa basdırılıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Liviyanın Milli Keçid Şurasındakı mənbə Qəddafinin meyitinin gizli bir yerə basdırıldığını «Əl-Cəzirə» telekanalına açıqlamasında bildirib. Həmin yerin hansısa səhranın bir yerində olduğu söylənilir. Bu addımın sabitlik üçün atıldığı bildirilib. Qəddafi ilə yanaşı, oğlu və müşavirlərindən biri də dəfn edilib.
|