Ötən həftə Müəmmar Qəddafinin öldürüldüyü Şiirt şəhərində güclü partlayış baş verib. Partlayış və ardınca da yaşanan yanğın zamanı 100-dən artıq insan ölüb, 50 nəfər isə yaralanıb. Liviya Milli Keçid Şurasının nümayəndəsi Leyt Məhəmməd bildirib ki, partlayışdan sonra yanğın baş verib. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, küçələr başsız bədənlərlə doludur. İnsidentin nədən baş verdiyi açıqlanmır. Lakin şübhə edilmir ki, bu, Qəddafi tərəfdarlarının əli ilə törədilib.
|