Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Debnat Şau ilə partiyanın mənzil qərargahında görüşüb. Partiyanın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Hindistan arasındakı qarşılıqlı əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin Yeni Azərbaycan Partiyası ilə Hindistan Milli Konqresi arasındakı əlaqələrdən bəhs edilib.
|