Mədəniyyət və Turizm Nazirliyi bir istirahət mərkəzi və bir mehmanxananın lisenziyasını ləğv edib. “KƏLAMİNFO” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində fəaliyyət göstərən “Sahil” istirahət mərkəzi və Lənkəran şəhəri, Qala Xiyabanı, ev 11 ünvanında fəaliyyət göstərən “Xəzər” mehmanxanasına verilmiş xüsusi razılıq (lisenziya) ləğv edilib. Bununla əlaqədar, yuxarıda qeyd olunan yerləşdirmə obyektlərinin fəaliyyəti 18.10.2011-ci il tarixindən qeyri-qanuni hesab olunur.
|