Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Atmosferə vurduğu zərərə görə müəssisələr və sexlər cərimələnib
    Azərbaycanda atmosferə atılan zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkarlanan avtonəqliyyat müəssisələri və sexləri cərimələnib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Növbəti “Təmiz hava” aylığı bu ilin avqust ayında ölkə ərazisində həyata keçirilib. Tədbirin keçirilməsinin məqsədi atmosferin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi, dəymiş ziyanın ödənilməsinin təmin edilməsi, təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub. “Təmiz hava” aylığı çərçivəsində nazirliyin və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları birlikdə Bakı şəhərində 29 avtonəqliyyat müəssisəsində və nəqliyyat sexlərində yoxlamalar aparıblar. Yoxlamaya cəlb olunmuş 755 avtomobildən 108-də atmosferə atılan zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkar olunub, 2 müəssisəyə 4155 manat məbləğində cərimə tətbiq olunub. Şəhərin küçələrində və magistral yollarda keçirilən reydlər zamanı isə baxış keçirilmiş 2976 avtomobildən 168 ədədində atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olduğundan avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülüb. Aparılan araşdırmaların nəticəsi bir daha göstərib ki, bəzi avtonəqliyyat müəssisələrinin rəhbərləri və şəxsi avtomobillərin sürücülərinin laqeyd münasibətləri nəticəsində atmosferin avtomobillərin tüstü qazlarının tərkibindəki zərərli maddələrlə çirklənməsi hallarına yol verilir. Magistral yollarda keçirilən reydlər zamanı ümumilikdə, fərdi qaydada yoxlanılan 9772 avtomobildən atmosferi müəyyən olunmuş normadan artıq çirkləndirən 2020 avtomobilin sürücüsünün inzibati qaydada cərimə olunması üçün Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib edilib. “Təmiz hava” aylığı tədbirinin keçirilməsi ilə əlaqədar vətəndaşlar, fiziki və hüquqi şəxslər maarifləndirilib, müəssisə və təşkilatlarda ekoloji təbliğat işləri aparılıb.
         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 21.10.11 | Baxılıb: 135

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30