İsrailin əsir əsgər Gilat Şalid qarşılığında azadlıq sözü verdiyi fələstinli əsirlərin buraxılmasının ilk mərhələsi gerçəkləşdirilib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, İsrail əsirlərin birbaşa Fələstinə keçirilməsinin təhlükəli olduğu iddiası ilə onları Türkiyə, Suriya, Qətər və İordaniyaya göndərib. Əsirlərin 16-sı Suriyada, 15-i Qətərdə, 11-i Türkiyədə, 1-i isə İordaniyadadır. Əsirləri adı çəkilən ölkələrdə Fələstinin bu ölkələrdəki səfirləri və nümayəndələri qarşılayıb.
|